Saray qəsəbəsində yaşayış binasında yanğın söndürülüb, 1 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Saray qəsəbəsində yaşayış binasında yanğın söndürülüb, 1 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB-2


Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 20-də saat 12:30 radələrində Sumqayıt, Saray qəsəbəsi MTK ərazisindən yaşayış binasında partlayış baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə Sizinxeber.az-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.

“2005-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya edilib. Üzün, hər iki əlin, sağ budun yanığı diaqnozları təyin edilən şəxsə xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxs Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunur”, - deyə məlumatda qeyd edilib.

Məryəm Surxay

***

13.18

Saray qəsəbəsində yaşayış binasında yanğın söndürülüb.

Sizinxeber.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd olunub ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

12.43

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən yüksəkmərtəbəli binada mənzildə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Sizinxeber.az-ya FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

12.34

Abşeron rayonu Saray qəsəbəsində yanğın başlayıb.

Sizinxeber.az xəbər verir ki, hadisə yaşayış binasında qeydə alınıb.

Oxşar xəbərlər

Sumqayıtda və Novxanıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Abşeronda baş verən yanğında bir nəfər xəstəxanaya yerləşdirilib
FHN: Masazırda uçqun nəticəsində xəsarət alanların vəziyyəti məlum olub - FOTO - YENİLƏNİB-1
Masazırda uçqun nəticəsində xəsarət alanların vəziyyəti məlum olub - FOTO - YENİLƏNİB-1
TƏBİB Sumqayıtdakı partlayışla bağlı açıqlama verib - FOTO - VİDEO - YENİLƏNİB 3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər