Şirvanda dəm qazından zəhərlənən 22 yaşlı gənc xəstəxanada ölüb
sizinxeber.az xəbər saytı

Şirvanda dəm qazından zəhərlənən 22 yaşlı gənc xəstəxanada ölüb


Şirvanda bir həftə əvvəl dəm qazından zəhərlənən 22 yaşlı gənc xəstəxanada ölüb.

Sizinxeber.az-nın Mİl-Muğan bürosunun məlumatına görə, hadisə dekabrın 9-da Şirvan şəhərində kənd evləri massivində yerləşən yaşayış evində qeydə alınıb.

Şirvan sakinləri, 2002-ci il təvəllüdlü Səfərov Yusif Varis oğlu və 2004-cü il təvəllüdlü Umudova Nazilə Vüqar qızı dəm qazından zəhərlənərək Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Onların hər ikisi komatoz vəziyyətdə xəstəxanaya daxil olub və süni tənəffüs aparatına qoşulub.

Sonradan hər iki xəstə paytaxtda toksikologya şöbəsinə yerləşdirlib.

İntensiv müalicələrə baxmayaraq 22 yaşlı Yusif Səfərovun həyatını xilas etmək mümkn olmayıb.

Oxşar xəbərlər

Şirvan xəstəxanasında 2 yaşlı uşaq ölüb
Sirkə turşusundan zəhərlənən qadın xəstəxanada ölüb
Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb
Şirvan doğum evində ana ölümü qeydə alınıb
Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb - YENİLƏNİB - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle