Qubada yaşayış evindəki partlayışın təfərrüatları məlum olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Qubada yaşayış evindəki partlayışın təfərrüatları məlum olub - YENİLƏNİB


Quba rayonunda yaşayış evində yanğınla nəticələnən partlayışın bəzi təfərrüatları məlum olub.

"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, hadisə nəticəsində Alekseyevka kənd sakini Q.Babayeva muxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib. Dəqiq səbəb aparılan araşdırmalardan sonra məlum olacaq.

13:05

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonu, Alekseyevka kəndində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Sizinxeber.az" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 1961-ci il təvəllüdlü Babayev Bədiyar Cavanşir oğluna məxsus ümumi sahəsi 80 kv.m. olan birmərtəbəli fərdi yaşayış evində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, yanğın nəticəsində dam örtüyünün yanar konstruksiyarı 40 kv.m. sahədə yanıb, 1 nəfər xəsarət alıb.

Oxşar xəbərlər

Bakıda evdə partlayış olub, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
8 Noyabr prospektində evdə partlayış olub, 1 nəfər xəsarət alıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəmkirdə evdə partlayış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəmkirdə evdə partlayış olub - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda qazanxanada partlayış baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər