Qubada 102 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb - FOTO
sizinxeber.az xəbər saytı

Qubada 102 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb - FOTO


Quba Rayon Polis Şöbəsinin əməkdaşları dələduzluq etməkdə təqsirli bilinən Əziz Seyidov və Mahir Bayramovu saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, adı çəkilən şəxslər qabaqcadan əlbir olaraq özgənin etibarından sui istifadə etməklə bir nəfərin əmlakını ələ keçiriblər.

Onlar zərər çəkmişə onu işə düzəldəcəkləri vədini verərək Bakı şəhərində yerləşən evini girov qoyub əvəzində pul götürüblər. Lakin, vədlərinə əməl etməyərək həmin şəxsə 102 min manat maddi ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Tanışına qarşı külli miqdarda dələduzluq edən şəxsi saxlanılıb
Sabirabadda 135 min manatı ələ keçirməkdə ittiham olunan şəxs həbs edilib
Mingəçevirdə dələduzluqla 300 min manatlıq mal-qaranı ələ keçirən şəxs saxlanılıb
Lənkəranda dələduzluq edən şəxs saxlanılıb
Şirvanda dələduzluq edən şəxs həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər