Naxçıvandan gələn avtobus Biləsuvarda qəzaya düşüb, yaralı reanimasiyaya köçürülüb - YENİLƏNİB
Biləsuvarda yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.
"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, qəza nəticəsində ağır xəsarət alan Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Təhminə Ələcova Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, qadına sol mil-bilək nahiyəsinin, sol saidin aşağı nahiyəsinin travması diaqnozu təyin edilib: "Hazırda pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir".
Qeyd edək ki, Naxçıvandan Bakıya gedən avtobus Biləsuvar rayonu ərazisində betonqarşdıran "Kamaz"la toqquşub. Qəza nəticəsində yük maşınının çəni yaxındakı minik avtomobilinin üzərinə aşıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Bakı-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Naxçıvandan gələn avtobusla "Kamaz" toqquşub.
İlkin məlumata görə, yaralılar var.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Biləsuvarda yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB
Naxçıvandan gələn avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var
Biləsuvarda azyaşlı yol qəzasında ağır xəsarət alıb
Biləsuvardakı yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB
Biləsuvarda yol qəzasında ölən və xəsarət alan şəxsin kimliyi bilinib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?
-
Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib
-
UNEC-də Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr edilmiş tədbir keçirilib
-
Mingəçevirdə yük maşını piyadanı vuraraq öldürüb
-
Sumqayıtda 91 yaşlı qadın 9-cu mərtəbədən yıxılaraq ölüb
-
Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır