Bakıda 30 min manat dəyərində qapı və kondisionerlər oğurlanıb
Paytaxtın Nizami rayonunda oğurluq hadisələri qeydə alınıb.
APA DİN-ə istinadən xəbər verir ki, rayonun Keşlə qəsəbəsi sakini polisə müraciət edərək anbar kimi istifadə etdiyi mənzilindən 30 min manat dəyərində 34 ədəd qapı, 16 ədəd kondisioner və inşaat materiallarının oğurlandığını bildirib.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Əli Əliyev müəyyən olunaraq saxlanılıb. Ondan əlavə olaraq şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.
Digər bir tədbirlə Nizami rayonunda “VAZ” markalı iki avtomobilin akkumlyatorlarını oğurlayan 44 yaşlı Pərviz Allahverdiyev polislər tərəfindən saxlanılıb. Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan görüntülənib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda 30 min manatlıq avadanlıq oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Avtomobillərdən kütləvi oğurluqlar edən şəxslər saxlanılıb - VİDEO
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb
Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb
Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













