Oğurluq etdiyi üçün axtarışda olan şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

Oğurluq etdiyi üçün axtarışda olan şəxs saxlanılıb


Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə törətdiyi oğurluq əməllərinə görə axtarışda olan əvvəllər məhkum olunmuş Röyal Məmmədyarov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, həmin şəxs bir müddət əvvəl daxil olduğu mağazalarda quraşdırılan ödəmə terminallarını sındıraraq ümümilikdə 3000 manatdan artıq nağd pul, 2000 manat dəyərində spirtli içki və tütün məmulatları oğurlayıb.

R.Məmmədyarov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Kürdəmirdə mağazadan 5 min manatlıq oğurluq olunub
Ev satmaq adı altında 40 min manatı ələ keçirməkdə şübhəli bilinən şəxs həbs olunub
Füzuli sakini silsilə oğurluqlara görə saxlanılıb
Xəstəlik və əlillik təqaüdləri veriləcəyi vədi ilə 4 nəfərin 30 min manatı ələ keçirilib
Zərdabda 5 obyektdən oğurluq edən dəstə üzvləri saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər