Sayt rəhbəri və oğlu həbs edilib
sizinxeber.az xəbər saytı

Sayt rəhbəri və oğlu həbs edilib


Şirvanda “Dogruxeber.com” saytının baş redaktoru və redaktoru həbs olunub.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, sayt rəhbəri İlham Həsənov və onun oğlu, saytın redaktoru Renar Həsənovun ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etmələri və dələduzluq əməlləri barədə daxil olan məlumatlar əsasında Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılıb.

Onlar ayrı-ayrı şəxsləri həqiqəti əks etdirməyən, rüsvayedici məlumatlar yayacaqları ilə hədələməkdə, dələduzluq yolu ilə müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinirlər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Ata və oğul cinayət məsuliyyətinə cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq davam etdirilir.

Oxşar xəbərlər

Dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu ələ keçirən sayt rəhbəri həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda dələduzluq əməlləri törətməkdə şübhəli bilinən sayt rəhbəri həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vətəndaşları şantaj etməkdə şübhəli bilinən sayt rəhbərləri həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Torpaqların zəbt edilməsi və tikinti aparılmasına şərait yaratmaqda təqsirləndirilən şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsmayıllıda rüşvət tələb etməkdə təqsirləndirilən icra nümayəndəsi və bələdiyyə sədri həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər