Göygöldə yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti müəyyən olunub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Göygöldə yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti müəyyən olunub - YENİLƏNİB


Göygöl rayonunda baş verən yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Sizinxeber.az"un sorğusuna cavab olaraq bildirilib ki, Göygöl rayonunda "VAZ-21015" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində baş verən qəzada Fariz Məhərrəmov (2006), Xəyal Rzayev (1984) və Heydər Hüseynov (2006) xəsarət alıb.

Sərnişin Ramal Qurbanzadə (2006) isə aldığı xəsarətdən dünyasını dəyişib.

08:19

Göygöl rayonunda "Opel" və "VAZ-21015" markalı iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

“Sizinxeber.az”un Qərb bürosunun məlumatına görə, nəqliyyat vasitələrinin toqquşması nəticəsində bir nəfər ölüb, daha dörd nəfər xəsarət alıb.

Əraziyə Dövlət Yol Polisinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Samuxda avtomobillər toqquşub, ölən və xəsarət alan var - YENİLƏNİB 
Samuxda yol qəzasında ölənlərin sayı 2-yə çatıb - YENİLƏNİB 2
Göygöldə ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - YENİLƏNİB
Tovuzda yol-nəqliyyat hadisəsi olub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər