Ağdaşda avtomobil kanala düşüb, sürücünün meyiti tapılıb- YENİLƏNİB-1
Oktyabrın 15-də saat 12 radələrində Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində Habil Əzizovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə qəza törədib.
Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, nəqliyyat vasitəsi su kanalına aşıb, sürücü hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
İlham Əhmədov
***
15.07
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə “Yuxarı Şirvan” kanalının Ağdaş rayonunun, Ərəbocağı kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
APA nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
14.02
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Ərəbocağı kəndi ərazisindən keçən hissəsində “Lada” markalı minik avtomobilinin kanala düşməsi barədə məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Ağdaşda avtomobil kanala düşüb
Ağdaşda kanalda batan şəxsin meyiti tapılıb
İmişlidə 10 yaşlı uşaq kanala düşüb, axtarış aparılır - YENİLƏNİB-1 - VİDEO
Mingəçevir su anbarında batan şəxsin meyiti tapılıb
Bulvarda dənizdən meyit çıxarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













