Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb
2024-cü ilin sentyabr ayı ərzində Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb.
“Sizinxeber.az”a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, qanunsuz yaşayan əcnəbilər DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin paytaxtın ərazi polis orqanlarının əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən ediliblər.
Məlumata görə, saxlanılan 40 nəfər əcnəbi Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşayan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, Azərbaycan Respublikasında olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran şəxslərdir.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub və aidiyyəti üzrə təhvil veriliblər.
Qeyd edək ki, cari ilin əvvəlindən bu günə kimi ümumilikdə 413 nəfər əcnəbi vətəndaş müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Oxşar xəbərlər
Qanunsuz miqrasiya ilə bağlı 34 əcnəbi saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polis Bakıda yaşama hüququ olmayan 34 əcnəbini saxlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda qanunsuz yaşayan 94 əcnəbi saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ölkədə yaşama hüququ verən sənədləri olmayan 94 əcnəbi saxlanılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
DMX və DTX əməliyyat keçirdi: 31 nəfər saxlanıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












