Azərbaycanda qanunsuz yaşayan 94 əcnəbi saxlanılıb
Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları ötən ay ölkədə yaşama hüququ verən sənədləri olmadığına görə daha 94 əcnəbini saxlayıb.
“Report” xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Qeyd olunub ki, araşdırmalarla saxlanılan şəxslərdən bir neçəsinin qeydiyyatsız yaşamaqla yanaşı qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqları da müəyyən edilib.
Həmin əcnəbilərə pul müqabilində guya Azərbaycandan tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi verildiyi və onların mənsub olduqları ölkələrdə yaşayan naməlum şəxslər tərəfindən aldadıldığı aşkar edilib.
Aşkarlanan hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib edilib və saxlanılan əcnəbilər aidiyyəti üzrə təhvil veriliblər.
Oxşar xəbərlər
Ölkədə yaşama hüququ verən sənədləri olmayan 94 əcnəbi saxlanılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polis Bakıda yaşama hüququ olmayan 34 əcnəbini saxlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qanunsuz miqrasiya ilə bağlı 34 əcnəbi saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polis Bakıda yaşama hüququ olmayan onlarla əcnəbini saxladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
DMX və DTX əməliyyat keçirdi: 31 nəfər saxlanıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












