Bakı-Quba yolunda qəzada ölən ikinci şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİB 2
Bakı-Quba yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölən ikinci şəxsin kimliyi məlum olub.
APA xəbər verir ki, ölən qadın 1992-ci il təvəllüdlü Türkanə Rafiq qızı Şükürzadədir.
Xatırladaq ki, Yaşma qəsəbəsində "BMW X5" markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamov və 1992-ci il təvvəllüdlü Türkanə Rafiq qızı Şükürzadə ölüb.
Qəza nəticəsində 2 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb.
***
00:26
Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən biri Sumqayıt şəhər xəstəxanasında ölüb.
APA xəbər verir ki, qəzaya uğrayan avtomobilin sürücü 1975-ci il təvəllüdlü Salamov Rövşən Abdulla oğlu isə hadisə yerində ölmüşdü.
Əlavə məlumat veriləcək.
***
23:46
Bakı-Quba yolunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə yolun Yaşma qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
İdarəetmədən çıxan "BMW X5" markalı avtomobil yolun kənarına aşıb. Nəticədə 1 nəfər ölüb (şəxsiyyəti dəqiqləşdirilir), 3 nəfər isə yaralanıb.
Hadisənin səbəbi araşdırılır.
Oxşar xəbərlər
Bakı-Quba yolundakı qəza nəticəsində ölən ikinci şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİB 2
Bakı-Quba yolunda qəza baş verib, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Xızıda ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB-2
Qubada qəzada ölən va yaralanan şəxslərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB
Bakı-Quba yolunda avtomobilin vurduğu piyada ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












