Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub
sizinxeber.az xəbər saytı

Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub


Cəzaçəkmə müəssisəsində məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və onun vəkili çıxış edib.

Təqsirləndirilən Azər Şalıyevin vəkili müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamla tam razılaşmayıb. O, bildirib ki, müvəkkilinin məhkum yoldaşını öldürmək niyyəti olmayıb: "Sadəcə, yoldaşını cəzalandırmaq fikrinə düşüb. Onun üzünə ülgüclə xətt qoymaq istəyib, zərərçəkmiş qaçmağa çalışdığı üçün zərbə onun boynuna dəyib".

Vəkil onu da əlavə edib ki, Azər Şalıyev məhkum həyatı yaşayarkən nizam-intizam qaydalarına əməl edib. Eyni zamanda, qeyd olunub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib.

Təqsirləndirilən Azər Şalıyev də məhkum yoldaşını öldürmək niyyətinin olmadığını açıqlayıb.

Daha sonra prosesdə hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən Azər Şalıyevə 4 il həbs cəzası təyin olunub. Onun öncəki əməlinə görə təyin edilmiş cəzadan qalan 1 il 10 ay 29 günlük cəzası da bu cəza ilə qismən birləşdirilib, o, ümumilikdə 5 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azər Şalıyev cəzaçəkmə müəssisəsində aralarında yaranan mübahisə zamanı məhkum yoldaşı Şəhriyar Baxışəliyevin boğazına ülgüclə ağır xəsarət yetirməkdə ittiham olunub.

Oxşar xəbərlər

Bakıda avtovağzalın girişində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Keçmiş arvadını amansızlıqla qətlə yetirməkdə ittiham olunan şəxsə hökm oxunub
Bakıda mənzilə qumbara qoyaraq soyğunçuluqda təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Keçmiş vəkil məhkəmə zalında həbs olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər