Ucarda yanacaqdaşıyan maşının qəzaya uğradığı ərazidə yanğın söndürülüb
Ucar rayonunda yanacaqdaşıyan maşının qəzaya uğradığı ərazidə yanğın söndürülüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Bakı-Qazax yolunda yanacaq daşıyan maşın aşıb, yanğın olub - YENİLƏNİB-1 - FOTO
Ucarda bazarda 8 mağaza yanıb, yaşayış evləri mühafizə olunub - YENİLƏNİB-2
Ucarda bazarda baş verən yanğın söndürülüb - YENİLƏNİB
Ucarda bazarda yanğın olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
