Bərdədə köhnə məktəb binasında yanğın olub, xəsarət alan var
sizinxeber.az xəbər saytı

Bərdədə köhnə məktəb binasında yanğın olub, xəsarət alan var


Bərdədə köhnə məktəb binasında yanğın baş verib

“Sizinxeber.az”un Qarabağ Bürosunun verdiyi xəbərə görə, hadisə Birinci Qaradəmirçi kəndində qeydə alınıb.

Laçın rayonundan olan, məktəb binasında məcburi köçkün kimi məskunlaşan şəxsin yaşadığı otaqda baş verən yanğın nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.

Zərərçəkən Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər