Məhkəmə Əli Kərimli barəsində edilən şikayəti icraata götürüb
Məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində xüsusi ittiham qaydasında edilən şikayəti icraata götürüb.
“Sizinxeber.az” xəbər verir ki, qərar Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.
Məhkəmənin növbəti prosesi sentyabrın 19-da davam edəcək.
Qeyd edək ki, Ə.Kərimli barəsində AXCP-nin sabiq partiya üzvü Əliyev Aydın Sədədqulu oğlu məhkəməyə müraciət edib. Aydın Əliyev müraciətində Ə.Kərimlinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar xüsusi ittiham qaydasında cəzalanmasını istəyib.
A.Əliyev uzun müddət AXCP-də fəaliyyət göstərib. O, 10 iyun 2019-cu il tarixində partiya sıralarından kənarlaşdırılıb.
Oxşar xəbərlər
Məhkəmə Əli Kərimli barəsində verilən şikayətlə bağlı qərar qəbul edib
Keçmiş AXCP üzvü Əli Kərimlini məhkəməyə verib
Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə başlayıb
Məhkəmə Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində şikayəti ilə bağlı qərar verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
