Cəlilabadda yanğın zamanı evdən xilas edilən azyaşlı xəstəxanada ölüb
Cəlilabad rayonunda yanğın zamanı evdən xilas edilən azyaşlı xəstəxanada ölüb.
"Report"un Muğan bürosunun məlumatına görə, üç gün bundan əvvəl Cəlilabad şəhəri Azərbaycan küçəsində fərdi yaşayış evində baş verən yanğın zamanı xilas edilən 5 yaşlı Rüqəyya İsmayılova Bakı şəhərində xəstəxanalarından birində dünyasını dəyişib.
Qeyd edək ki, yanğın qeyd olunan ünvanda yerləşən ikimərtəbəli yaşayış evində qeydə alınıb. Belə ki, hadisə zamanı evdə təxminən 5-6 yaşlarında iki azyaşlı uşaq olub. Uşaqlardan biri hadisə zamanı çölə qaçaraq xilas olub. Digər uşaq isə yatdığı üçün içəridə qalıb.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyi (FHN) Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri uşağı xilas ediblər. Azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə nəticəsində 300 kv.m sahəyə malik ikimərtəbəli evin 80 kv.m-i qorunsa da, içəridə olan bütün əşyalar və yanar konstruksiyalar yanıb.
Oxşar xəbərlər
Cəlilabadda evdə yanğın söndürülüb, azyaşlı xəsarət alıb - YENİLƏNİB
Cəlilabadda yanğında tüstüdən zəhərlənən azyaşlı Bakıya təxliyə edilib
Cəlilabadda iki azyaşlının olduğu evdə yanğın başlayıb
Cəlilabadda 3 gün əvvəl evdə yanğın zamanı xəsarət alan azyaşlı xəstəxanada ölüb
Cəlilabadda yanan evdən xilas edilən azyaşlının vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur












