Binə ticarət mərkəzində yanğın olub
sizinxeber.az xəbər saytı

Binə ticarət mərkəzində yanğın olub


Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Binə ticarət mərkəzinin ərazisində yanğın olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ticarət mərkəzinin ərazisində yerləşən ümumi sahəsi 400 kv.m. olan birmərtəbəli tikilinin içərisində quraşdırılmış transformatorda baş verdiyi müəyyən edilib.

"Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində tikilinin içərisində quraşdırılmış gücü 1.6 kVt olan transformatorun yağı və 4 ədəd qoruyucu açarı yanıb, transformator və tikili yanğından mühafizə olunub. Xəsarət alan yoxdur", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Binə bazarında yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qaradağda yanğın olub - YENİLƏNİB - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Abşeron” ticarət mərkəzində yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şabranda kolbasa sexində yanğın olub, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xətai rayonunda restoranda yanğın baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər