Binə bazarında yanğın olub
Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzinin ərazisində yanğın olub.
Bu barədə “Sizinxeber.az”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ticarət mərkəzinin ərazisində yerləşən ümumi sahəsi 400 kv.m. olan birmərtəbəli tikilinin içərisində quraşdırılmış transformatorda baş verdiyi müəyyən edilib.
"Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində tikilinin içərisində quraşdırılmış gücü 1.6 kVt olan transformatorun yağı və 4 ədəd qoruyucu açarı yanıb, transformator və tikili yanğından mühafizə olunub. Xəsarət alan yoxdur", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
“Abşeron” ticarət mərkəzində yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şabranda kolbasa sexində yanğın olub, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xətai rayonunda restoranda yanğın baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ucarda bazarda 8 mağaza yanıb, yaşayış evləri mühafizə olunub - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qaradağda yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












