Biləsuvarda ustaya atəş açılıb, saxlanılan var
Biləsuvar sakininə odlu silahla xəsarət yetirilib.
Sizinxeber.az-nın cənub bürosunun verdiyi məlumata görə, Biləsuvar rayonunun Aşağı Cürəli kənd sakini 1981-ci il təvəllüdlü Mayis Nəsirov hər iki ayağından odlu silah xəsarəti alıb. O, rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Hadisəyə səbəb usta işləyən Mayil Nəsirovun evini təmir etdiyi şəxsdən qalan borcu istəməsi olub. Bir müddət borclu qalmış ev yiyəsinin ustanı kənd məscidinin qarşısına çağırdığı, orada onun ayaqlarına ov tüfəngindən atəş açdığı bildirilir.
Məlumata görə, ev sahibinin ustaya 1000 manat borcu olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sizinxeber.az-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Aşağı Cürəli kənd sakini, 1978-ci il təvəllüdlü Zabir Qurbanxan oğlu Soltanov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Onun cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Astarada "Ural" markalı yük avtomobili sürücünün üstünə aşıb
Biləsuvar sakini laqonda ilə barmaqlarını doğrayıb
Salyan sakini özünü yandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
