Azərbaycanda evdə partlayış - VİDEO
sizinxeber.az xəbər saytı

Azərbaycanda evdə partlayış - VİDEO




Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Şəmkir şəhərində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub:

"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 450m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin mətbəx hissəsində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış dalğasının zərbəsindən evə ziyan dəyib, xəsarət alan olmayıb".

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

BAKU.WS
VİDEO

Oxşar xəbərlər

Şəmkirdə evdə partlayış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəmkirdə evdə partlayış olub - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Masazırda mənzildə yanğınla nəticələnən partlayış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşkəsən şəhərində binada partlayış baş verib, xəsarət alan olmayıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hacıqabulda avtomobil yanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər