Masazırda mənzildə yanğınla nəticələnən partlayış olub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən "Sizinxeber.az"a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onüçmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 46m² olan birotaqlı mənzildə yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə zamanı 1 otağın yanar konstruksiyaları yanıb və partlayış dalğasının təsirindən mənzil yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Daşkəsən şəhərində binada partlayış baş verib, xəsarət alan olmayıb - VİDEO
Abşeron rayonunda baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB-1 - VİDEO
Masazırda mənzildə meyit tapılıb
Zabratda 800 kvadrat metr ərazi yanıb
Hacıqabulda avtomobil yanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













