Xaçmazda ata və oğul bıçaqlanıb, oğul ölüb - Prokurorluq açıqlama yayıb - YENİLƏNİB
Avqustun 17-si gecə saat 2 radələrində Xaçmaz rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xaçmaz rayon prokurorluğundan Sizinxeber.az-ya verilən məlumata görə, araşdırma zamanı 1990-cı il təvəllüdlü Şəhram Manafzadənin rayonun Tel kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan şəxsə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsi, sonuncunun atası Nurlan Məmmədrəhimova isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Şəhram Manafzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
09.32
Xaçmaz rayonunun Nabran kəndində bıçaqlanma faktı baş verib.
Sizinxeber.az-nın Şimal bürosu xəbər verir ki, Xaçmaz rayonunun Köhnə Xudat kəndinin sakinləri 1988-ci il təvəllüdlü Nurlan Məmmədrəhimov və oğlu 2009-cu il təvəllüdlü Cavidan Məmmədrəhimov tanıqları şəxs tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqlanıblar. Nəticədə, 15 yaşlı Cavidan Məmmədrəhimov aldığı bıçaq xəsarətlərindən hadisə yerində ölüb. Nurlan Məmmədrəhimov isə, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.
Oxşar xəbərlər
Göyçayda 17 yaşlı şəxs 26 yaşlı kişini öldürməkdə şübhəli bilinərək tutulub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
