sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qobu qəsəbəsində geyim malları anbarında yanğın olub - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən geyim malları anbarında yanğın baş verməsi barədə məlumat daxil olub.
Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində anbarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində təkrar istehsalı nəzərdə tutulan geyim malları ümumilikdə 700kv.m. sahədə yanıb. Anbar və geyim malları yığılmış digər kisələr yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Zəngilanın Şəfibəyli kəndində 120 hektar sahədə kol-kos, biçilmiş taxıl sahəsi yanıb - VİDEO
Xətai rayonunda baş vermiş yanğın söndürülüb - YENİLƏNİB - FOTO
Səbaildə açıq sahədə yanğın tam söndürülüb - YENİLƏNİB-1 - VİDEO
Naxçıvanda 1,5 hektar taxıl sahəsi yanıb - VİDEO
Səbaildə açıq sahə başlayan yanğın məhdudlaşdırılıb - YENİLƏNİB - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













