Bərdədə qızdırmaya görə iynə vurulan 4 yaşlı uşaq ölüb - YENİLƏNİB
Bərdədə qızdırmaya görə iynə vurulan 4 yaşlı uşaq ölüb.
Sizinxeber.az-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Füzuli küçəsində qeydə alınıb. 2020-ci il təvəllüdlü Bayramov Əli İsmayıl oğlu xəstəxanaya çatdırılsa da, orada vəfat edib.
Bərdə rayon Mərkəzi xəstəxanasının həkimi Rəsmiyyə Şərifova Sizinxeber.az-ya deyib ki, 2020-ci il təvəllüdlü Bayramov Əli İsmayıl oğlu rayon mərkəzi xəstəxanasının acil şöbəsinə gətirilib, atası uşağın hərarətinin olduğun bildirib: “Biz uşağın hərarətini ölçdük, hərarət 36.6 oldu. Yəni hərarət izlənmədi. Valideyn bildirdi ki, uşağa hərarəti aşağı salmaq üçün dərman içiriblər. Sonra mənə bildirdi ki, uşaqda iki dəfə qusma və ishal olub. Mən valideynə dedim ki, uşağa stasionar şəraitdə yardım olunmalıdır. Valideyn razılaşdı. Təyinat verib, stasionara göndərdik. Sonra maraqlananda oradan bildirdilər ki, xəstə bura gəlməyib. Onlar təyinatı götürüb uşağı evə aparıblar. Yəqin ki, yenidən uşağın qızdırması qalxıb və evdə sistem qoyulub. Və yenidən aqonal vəziyyətdə acil azyaşlı şöbəsinə gətirilib. Tibbi müdaxilə onu xilas edə bilmədi.
Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.
Elgün Gəncimsoy
***
09.05
Bərdədə qızdırmaya görə iynə vurduran 4 yaşlı uşaq ölüb.
Sizinxeber.az xəbər verir ki, 2020-ci il təvəllüdlü Bayramov Əli İsmayıl oğluna qızdırması olduğu üçün evdə iynə vurulub.
Halı pisləşən uşaq xəstəxanaya çatdırılsa da, vəfat edib.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Bərdədə 4 yaşlı uşaq evdə vurulan iynədən ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda ata uşaqlarını bıçaqlayıb öldürdükdən sonra intihar edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astarada "Ural" markalı yük avtomobili sürücünün üstünə aşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












