Bakıda 100 min manata yaxın dələduzluq etməkdə şübhəli bilinən qadın saxlanılıb
Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanılıb.
Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki. Cari il iyun-iyul aylarında paytaxt sakini olan bir nəfərin aldadılaraq 98930 manatının ələ keçirilməsi barədə polisə məlumat daxil olub:
"Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş Ruhiyyə Ramazanova müəyyən olunaraq saxlanılıb.
Saxlanılan şəxslə bağlı aparılan araşdırmalarla onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib"- deyə məlumatda qeyd edilib.
Hazırda araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda qadın restorandan 13 min manat və qızıl oğurlamaqda şübhəli bilinir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
