39 yaşlı kişi restoranın yaxınlığında güllələndi
sizinxeber.az xəbər saytı

39 yaşlı kişi restoranın yaxınlığında güllələndi


Zaqatalada güllələnmə hadisəsi baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, gecə saat 02:00 radələrində rayonun Kebeloba kənd sakini, 1987-ci il təvəllüdlü İsa Məhəmməd oğlu Bolayev güllə yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona sağ bud sümüyünün deşib-keçən güllə yarası diaqnozu qoyulub. Yaralının vəziyyəti nəzərə alınaraq müalicəsinin davam etdirilməsi üçün Bakıdakı xəstəxanalardan birinə göndərildiyi bildirilir.

İlkin məlumata görə, hadisə rayonun Aşağı Tala kəndi ərazisində yerləşən restoranlardan birinin yaxınlığında baş verib.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

Oxşar xəbərlər

Zaqatalada 39 yaşlı kişi güllələnib
İtkin düşmüşdü - Meyiti zirzəmidə tapıldı
Filippində 6 bal gücündə zəlzələ olub
Avtomobil 1-ci sinif şagirdini vurub öldürdü
İnfarkt keçirən Akif İslamzadənin son vəziyyəti açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər