Zaqatalada 39 yaşlı kişi güllələnib
sizinxeber.az xəbər saytı

Zaqatalada 39 yaşlı kişi güllələnib


Zaqatalada güllələnmə hadisəsi baş verib.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, gecə saat 02:00 radələrində rayonun Kebeloba kənd sakini, 1987-ci il təvəllüdlü İsa Məhəmməd oğlu Bolayev güllə yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona sağ bud sümüyünün deşib-keçən güllə yarası diaqnozu qoyulub. Yaralının vəziyyəti nəzərə alınaraq müalicəsinin davam etdirilməsi üçün Bakıdakı xəstəxanalardan birinə göndərildiyi bildirilir.

İlkin məlumata görə, hadisə rayonun Aşağı Tala kəndi ərazisində yerləşən restoranlardan birinin yaxınlığında baş verib.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sizinxeber.az-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

Oxşar xəbərlər

Zaqatalada 68 yaşlı kişini maşın vurub
Zaqatalada bıçaqlanma olub, saxlanılan var - YENİLƏNİB
Zaqatalada yeni doğulan körpə ölüb
Zaqatalada 69 yaşlı piyadanı maşın vuraraq öldürüb
Zaqatalada yol qəzasında xəsarət alan beş nəfərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər