Sumqayıtda ata və anasını öldürməkdə təqsirli bilinən şəxsin istintaqı başa çatıb
Sumqayıtda ata və anasını qətlə yetirməkdə təqsirləndirilən, 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun cinayət işinin istintaqı yekunlaşıb.
“Report” xəbər verir ki, iş üzrə toplanan materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nurəddin Hüseynlinin icraatına verilib.
Qeyd edək ki, qətl bu ilin aprel ayında qeydə alınıb.
Rəsmi məlumata görə, Fikrət Məmmədov yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı atası- 1962-ci il təvəllüdlü Hakim Məmmədovu və anası-1965-ci il təvəllüdlü Zərifə Məmmədovanı bıçaqla xəsarətlər yetirərək öldürüb. Fikrət Məmmədov hadisədən sonra tutularaq istintaqa cəlb olunub.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Oğuzda meşədə həmkəndlisini güllələyərək öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azyaşlını qəsdən öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin istintaqı tamamlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qohumunu qətlə yetirməkdə şübhəli bilinən şəxs ölüb - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azyaşlını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












