Azyaşlını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Sumqayıt şəhər prokurorluğundan "Report"a verilən xəbərə görə, istintaqla 1984-cü il təvəllüdlü Ahmet Turan Yeşilin ağladığı üçün azyaşlı övladını Xəzər dənizinin Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindəki sahilinə aparıb suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ahmet Turan Yeşilə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Azyaşlını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəngərlidə həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda həmkəndlisi olan qadını öldürməyə cəhd edən şəxsin istintaqı tamamlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oğuzda meşədə həmkəndlisini güllələyərək öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












