Oğuzda meşədə həmkəndlisini güllələyərək öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
sizinxeber.az xəbər saytı

Oğuzda meşədə həmkəndlisini güllələyərək öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


Sentyabrın 14-də Oğuz rayon, Mollalı kənd sakini Toğrul Kərimovun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə "Sizinxeber.az"a Oğuz Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaqla 1992-ci il təvəllüdlü Pərvin Məmmədovun həmkəndlisi Toğrul Kərimovu sentyabrın 11-də yaşadığı kəndin meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Pərvin Məmmədova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxşar xəbərlər

Kəngərlidə həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qohumunu odlu silahla öldürən şəxs tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prokurorluq: Şamaxı sakini bir neçə atəşlə öldürülüb - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
12 il əvvəl prorektorun ölümünə görə institut direktoru və qohumu həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda prorektorun qətlini sabiq rektor sifariş edibmiş - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər