İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb - VİDEO
Mart ayının 20-da saat 23:36-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
DSX-nin Mətbuat Mərkəzindən Sizinxeber.az-ya verilən xəbərə görə, keçirilmiş sərhəd axtarışı nəticəsində Araz çayının sahilində qamışlıq ərazidə 1 (bir) ədəd rezin qayıq aşkar olunub.
Qayığa baxış zamanı ümumi çəkisi 102 kiloqram narkotik vasitə (89 kq 940 qr marixuana, 4 kq 660 qram heroin, 7 kq 400 qr metafetamin) və 8010 ədəd narkotik tərkibli güclü təsiredici Metadon M 40 həbləri aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Qusarda narkotik satışına görə 2 nəfər tutulub
Ölkə ərazisində 31 kq-dan çox narkotik aşkarlanıb
Bakıda əməliyyat: külli miqdarda narkotik aşkarlanıb - VİDEO
DSX-dən əməliyyat: axtarışda olan 404 nəfər saxlanıldı
İsrail Misir hərbi qüvvələrinin Refah sərhəd bölgəsindən çəkilməsini istəyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













