sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qanunsuz dövriyyədən çıxarılan külli miqdarda narkotik vasitə məhv edilib - VİDEO
İyul ayının 22-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə Dövlət Sərhəd Xidməti tərəfindən qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin məhv edilmə prosesi həyata keçirilib.
Bu barədə Sizinxeber.az-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı müxtəlif xassəli 247 kiloqram 785,761 qram narkotik vasitə (211 kq 690,27 qram həşiş qətranı,19 kq 934,25 qram tiryək, 11 kq 860 qram marixuana, 4 kq 301,241 qram heroin) məhv edilməsi üçün komissiya üzvlərinə təqdim edilib.
Oxşar xəbərlər
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb - VİDEO
Ölkə ərazisində 31 kq-dan çox narkotik aşkarlanıb
FHN-in Tibb xidməti seminarlar keçirib
Qusarda narkotik satışına görə 2 nəfər tutulub
Yasamalda 1 ayda 10 kq narkotik dövriyyədən çıxarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













