Bakıda narkotik satışını təşkil edən şəxslər saxlanılıblar
Nəsimi Rayon Polis İdarəsinə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər barədə əməliyyat məlumatları daxil olub.
APA DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə həmin şəxslər - əvvəllər narkotiklə bağlı cinayətlərə görə məhkum olunmuş 1989-cu il təvəllüdlü Səbuhi Abasov və 2000-ci il təvəllüdlü Vüqar İsmayılov saxlanılıblar. Onlardan ümumilikdə 10 kiloqrama yaxın narkotik vasitə marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Bakıda narkotik satışını təşkil edən şəxslər saxlanılıb
Qusarda narkotik satışına görə 2 nəfər tutulub
Yasamalda 1 ayda 10 kq narkotik dövriyyədən çıxarılıb
Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəx saxlanılıb
Qanunsuz dövriyyədən çıxarılan külli miqdarda narkotik vasitə məhv edilib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













