

Qaradağda 3 kiloqram narkotik vasitə aşkarlanıb, 2 nəfər həbs edilib
Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin əməkdaşları ilə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat həyata keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, Bakı-Ələt avtomobil yolunun 47-ci kilometrliyində baş tutan tədbir nəticəsində 22 yaşlı Əşrəf Əliyev və 21 yaşlı Sadiq Əhədov saxlanılıblar. Onların üzərinə və Əşrəf Əliyevin idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı ümumi çəkisi 3 kiloqrama yaxın olan heroin, tiryək, marixuana və 100 ədəd psixotrop tərkibli metodon həbi aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri Qaradağ rayonu ərazisindəki əvvəlcədən təyin etdikləri yerdən götürdüklərini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb
Bakıda avtomobildə 32 kq narkotik aşkarlanıb - VİDEO
DİN-in keçirdiyi əməliyyat zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb
DİN keçirdiyi əməliyyatlarda 24 kq narkotik aşkarlanıb
Sumqayıtda 14 kq heroin və marixuananın dövriyyəyə buraxılmasının qarşısı alınıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“WUF13 QHT Koalisiyası”nın növbəti hibrid görüşü keçirilib
-
İran DİN başçısı: Şahid Rəcai limanında yanğın yenidən alovlanıb
-
Peskov: Tramp və Rusiyanın Ukrayna ilə bağlı mövqelərində bir çox elementlər üst-üstə düşür
-
Qəzza zolağında baş verən toqquşmalarda iki İsrail hərbçisi həlak olub
-
“Die Weltwoche”: Brüssel Avropa Komissiyasının toksik rəhbərinin istefasını istəyir
-
Premyer Liqa: "Qarabağ" bu gün çempionluğu rəsmiləşdirə bilər
