Çimərlikdə avtoxuliqanlıq edən şəxs həbs edilib
sizinxeber.az xəbər saytı

Çimərlikdə avtoxuliqanlıq edən şəxs həbs edilib


Lənkəranda çimərlik ərazisində avtoxuliqanlıq edən şəxs həbs edilib.

"Report"un Cənub bürosunun xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları çimərlikdə avtoxuliqanlıq hərəkətləri edərək vətəndaşların həyat və sağlamlığı üçün təhlükə yaradan “VAZ 21074” markalı avtomobilin sürücüsü 27 yaşlı Samik Mustafayevi saxlayıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə S.Mustafayev sürücülük hüququ bir il məhdudlaşdırılıb və o, 20 gün müddətində inzibati qaydada həbs edilib.

Oxşar xəbərlər

Lənkəranda çimərlikdə avtoxuliqanlıq edən şəxs həbs edilib
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib
Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib
Bakıda avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüləri həbs edilib
Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle