Lənkəranda çimərlikdə avtoxuliqanlıq edən şəxs həbs edilib
Lənkəranda çimərlik ərazisində avtoxuliqanlıq edən şəxs həbs edilib.
Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları çimərlikdə avtoxuliqanlıq hərəkətləri edərək vətəndaşların həyat və sağlamlığı üçün təhlükə yaradan “Vaz 21074” markalı avtomobilin sürücüsü 27 yaşlı Samik Mustafayev saxlayıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə S.Mustafayev sürücülük hüququ bir il məhdudlaşdırılıb və o, 20 gün müddətində inzibati qaydada həbs edilib.
Bundan başqa yol polisi əməkdaşları tərəfindən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılan "Vaz 2106" markalı avtomobilin sürücüsü 57 yaşlı Fizuli Kazımovun isə psixotrop maddədən istifadə etdiyi müəyyən edilib. Sürücü barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib və o, 15 gün inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib
Cəlilabadda avtoxuliqanlıq edən sürücü həbs edilib
Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs olunub - VİDEO
Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib - FOTO
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüləri həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













