Kəlbəcərdə əsgər özünü öldürüb
sizinxeber.az xəbər saytı

Kəlbəcərdə əsgər özünü öldürüb


Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Qəhrəmanov Ərşad Maarif oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq hərbi prokurorun böyük köməkçisi Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Oxşar xəbərlər

Azərbaycan Ordusunun zabiti özünü güllələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Ordusunun əsgəri özünü odlu silahla öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əsgərimiz təlim zamanı odlu silahdan açılmış atəş nəticəsində öldü - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Ordusunun hərbçisi özünü güllələyərək öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hərbi Prokurorluq: Hərbi qulluqçunun özünü öldürməsi faktı üzrə cinayət işi başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər