Azərbaycan Ordusunun zabiti özünü güllələyib
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, Musayev Şəhriyar Nizami oğlunun odlu silahdan istifadə edərək özünü öldürməsi barədə Füzuli Hərbi Prokurorluğuna məlumat verilib.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Füzuli Hərbi Prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilib.
Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Oxşar xəbərlər
Azərbaycan Ordusunun əsgəri özünü odlu silahla öldürüb
Azərbaycan Ordusunun hərbçisi özünü güllələyərək öldürüb
Azərbaycan Ordusunun zabiti özünü güllələyərək öldürdü - FOTO
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək
Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın vəziyyəti müzakirə edilib, yekun protokol imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













