Hərbi Prokurorluq: Hərbi qulluqçunun özünü öldürməsi faktı üzrə cinayət işi başlanılıb
sizinxeber.az xəbər saytı

Hərbi Prokurorluq: Hərbi qulluqçunun özünü öldürməsi faktı üzrə cinayət işi başlanılıb


Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bağırov Elcan Emin oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Daxil olmuş məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Oxşar xəbərlər

Azərbaycan Ordusunun əsgəri özünü odlu silahla öldürüb
Azərbaycan Ordusunun hərbçisi özünü güllələyərək öldürüb
Azərbaycan Ordusunun zabiti özünü güllələyib
Azərbaycan Ordusunun zabiti özünü güllələyərək öldürdü - FOTO
Hərbçilərimiz minaya düşdü, cinayət işi başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle