Azərbaycan Ordusunun hərbçisi özünü güllələyərək öldürüb
sizinxeber.az xəbər saytı

Azərbaycan Ordusunun hərbçisi özünü güllələyərək öldürüb


Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Elsun Habil oğlu Bəndəliyevin odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Tərtər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Tərtər Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınaraq və digər hərəkətlər icra edilib.

Fakt üzrə Tərtər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Oxşar xəbərlər

Hərbçilərimiz minaya düşdü, cinayət işi başladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xanlar Vəliyev: "Tərtər işi" ilə bağlı vaxtında istintaq aparmışıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağda həlak olan sülhməramlıların sayı açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclis prokurorluq orqanlarının əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə razılıq verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prokurorluq: Şamaxı sakini bir neçə atəşlə öldürülüb - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər