Korrupsiya cinayətləri üzrə 12 milyon manatlıq əmlak üzərinə həbs qoyulub, 5,6 milyon manat ziyan ödənilib
sizinxeber.az xəbər saytı

Korrupsiya cinayətləri üzrə 12 milyon manatlıq əmlak üzərinə həbs qoyulub, 5,6 milyon manat ziyan ödənilib


Bu ilin 6 ayı ərzində korrupsiya ilə bağlı istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 23 milyon 512 min 325 manat məbləğində maddi ziyandan 5 milyon 634 min 673 manatının ödənilməsi təmin olunub.

Sizinxeber.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 12 milyon 2 min 365 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.

Oxşar xəbərlər

Korrupsiya ilə bağlı cinayət işləri üzrə vurulmuş ziyandan 50 milyon manat ödənilib
Korrupsiya ilə bağlı 85 şəxs barəsində 54 cinayət işi məhkəmələrə göndərilib
İlin altı ayı ərzində korrupsiya cinayətləri ilə bağlı 12 milyon manatlıq əmlak üzərinə həbs qoyulub
Ötən il cinayət işləri üzrə özgə əmlakına 131 milyon manat ziyan vurulub
Bir ildə korrupsiya ilə bağlı 158 cinayət işi məhkəmələrə göndərilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər