Korrupsiya ilə bağlı 85 şəxs barəsində 54 cinayət işi məhkəmələrə göndərilib
sizinxeber.az xəbər saytı

Korrupsiya ilə bağlı 85 şəxs barəsində 54 cinayət işi məhkəmələrə göndərilib


Bu ilin 6 ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsin tərəfindən 113 şəxs barəsində 72 cinayət işinin ibtidai istintaqı tamamlanıb.

APA xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Məlumata görə, onlardan 85 şəxs barəsində 54 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır.
Hesabat dövrü ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 23 milyon 512 min 325 manat məbləğində maddi ziyandan 5 milyon 634 min 673 manatının ödənilməsi təmin olunub.

Oxşar xəbərlər

Bir ildə korrupsiya ilə bağlı 158 cinayət işi məhkəmələrə göndərilib
Bu ilin altı ayı ərzində korrupsiya cinayəti törədən 10 şəxs iş başında yaxalanıb
Korrupsiya ilə bağlı cinayət işləri üzrə vurulmuş ziyandan 50 milyon manat ödənilib
Ötən il korrupsiya ilə bağlı 43 şəxs cinayət başında yaxalanıb
Baş prokuror: 2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər