Şəkidə 15 hektar sahədə yanğın olub
sizinxeber.az xəbər saytı

Şəkidə 15 hektar sahədə yanğın olub


Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisində genişmiqyaslı yanğın baş verib.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, biçilmiş taxıl sahəsində başlayan yanğın 15 hektarlıq ərazini əhatə edib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Yanğının ətraf ərazilərə yayılmasının qarşısı vaxtında alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB
Şəkidə 5 otaqlı evdə yanğın olub
Goranboyda fermada yanğın baş verib
Şəkidə 6 otaqlı evdə yanğın olub
Şəkidə Türkiyə vətəndaşının sürdüyü TIR-da yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle