Şəkidə 5 otaqlı evdə yanğın olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2025
16:50

Şəkidə 5 otaqlı evdə yanğın olub

28 may, 2025
16:50
515

Şəkidə 5 otaqlı evdə yanğın olub

Şəkidə ikimərtəbəli 5 otaqlı evdə yanğın olub.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, günorta saatlarında Şəki şəhəri Bəxtiyar Abbasov küçəsində Sərxan Salahova məxsus, ümumi sahəsi 160 kv/m olan ikimərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları tam yanıb, evin ikinci mərtəbəsindəki mətbəxtin 40 kv/m-lik sahəsi, birinci mərtəbədəki mətbəx 7 kv/m sahədə və evə bitişik tikilən yardımçı tikilinin dam örtüyü yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın