Şəmkirdə yeznəsini güllələməkdə təqsirləndirilən şəxsə 2 il cəza verilib
Şəmkirdə qohumunu güllələməkdə təqsirləndirilən Naib Həsənovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Naib Həsənova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə qaldırılmış cinayət işi Cinayət Məcəlləsinin 127.1-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilib və ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, hadisə ötən il Şəmkir rayonunun Ağlavaşlı kəndində baş verib. Kənd sakini 1978-ci il təvəllüdlü Mais Ələkbərov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Naib Həsənov müəyyən olunub. O, müvafiq sənədləri olan ov tüfəngi ilə birlikdə saxlanılaraq, istintaqa təhvil verilib.
Məlumata görə, saxlanılan şəxs güllələnən Mais Ələkbərovun qohumudur. Naib Həsənovun ev quşları qohumu Mais Ələkbərovun həyatyanı sahəsinə keçib. Bundan əsəbiləşən M. Ələkbərov qaynı N. Həsənovu döyüb. Daha sonra N. Həsənov yeznəsi M. Ələkbərova yaşadığı evdə özünə məxsus ov tüfəngindən atəş açıb.
Oxşar xəbərlər
Qaradağda qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Maştağada ögey anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Zaqatalada bacısını güllələyən şəxsə hökm oxunub
Qusarda 23 yaşlı oğlunu öldürməyə cəhd edən 84 yaşlı kişinin məhkəməsi başlayıb
Gəncədə əvvəl həyat yoldaşını, sonra özünü bıçaqlayan şəxsə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO
-
KİV: Tramp İrana zərbələri dayandırmaq barədə göstəriş verdi
-
Xəzərdə batan şəxs müstəntiq imiş
-
Husilər Yəməndə “Bayraqdar” vurdular
-
ABŞ hərbçiləri Ərəb dənizində tankeri yoxlayıblar
-
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
