Nəsimidə 21 kq-dan çox narkotik dövriyyədən çıxarılıb - VİDEO
Nəsimi rayonunda 21 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb .
Bu barədə Sizinxeber.az-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib. Tədbir zamanı 32 yaşlı Rahib Ələkbərli və əvvəllər məhkum olunmuş 29 yaşlı Samir Xeyrullayev saxlanılıb.
Onlardan ümumilikdə 21 kiloqram 735 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.
Onlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
Rahib Ələkbərli və Samir Xeyrullayevin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.
Oxşar xəbərlər
Nəsimi rayonunda ekstazi həblərini toz formasında satan şəxslər saxlanılıb
Nəsimi rayonunda 4 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Nəsimi rayonunda 13 kq marixuana və həşiş aşkarlanıb - VİDEO
Bakıda 20 kq narkotik dövriyyədən çıxarılıb
Nəsimi rayonunda 12 kq narkotik dövriyyədən çıxarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













