Nəsimi rayonunda 13 kq marixuana və həşiş aşkarlanıb - VİDEO
sizinxeber.az xəbər saytı

Nəsimi rayonunda 13 kq marixuana və həşiş aşkarlanıb - VİDEO


Nəsimi rayonunda narkokuryerdən 13 kq marixuana və həşiş aşkarlanıb.

DİN-dən APA-ya verilən məlumata görə, son əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 48 yaşlı Ceyhun Kuhi saxlanılıb. Ondan 13 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və həşiş aşkarlanaraq götürülüb.

C.Kuhi ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Ümumilikdə isə Nəsimi rayonunda son üç ay ərzində polisin keçirdiyi tədbirlər zamanı narkotiklərlə əlaqəli 115 fakt aşkarlanıb və nəticədə 36 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Oxşar xəbərlər

Nəsimi rayonunda 4 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 4 kiloqram marixuana aşkarlanıb
Nəsimi rayonunda 12 kq narkotik dövriyyədən çıxarılıb
Bakıda 20 kq narkotik dövriyyədən çıxarılıb
Bakıda avtomobildə 32 kq narkotik aşkarlanıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle