Nəsimi rayonunda 4 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
sizinxeber.az xəbər saytı

Nəsimi rayonunda 4 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO


Nəsimi rayonunda əməliyyat zamanı 4 kiloqram narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, daxil olan məlumat əsasında keçirilən son əməliyyat nəticəsində 25 yaşlı Elgün Muradov saxlanılıb. Onun üzərindən 4 kiloqramdan artıq heroin, həşiş və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

E.Muradov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Oxşar xəbərlər

İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 4 kiloqram marixuana aşkarlanıb
Nəsimi rayonunda 12 kq narkotik dövriyyədən çıxarılıb
Bakıda 20 kq narkotik dövriyyədən çıxarılıb
Sumqayıtda 14 kq heroin və marixuananın dövriyyəyə buraxılmasının qarşısı alınıb - VİDEO
İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdə 50 kq narkotik aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle